Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2023 16:11

"Azərbaycan Ordusu" qəzeti № 67 (2779)

“Avtomatı köksümüzə Vətən bilib sıxırıq”

Yaydı. İstidi-bürküdü. İnsan təbiətə hökm edə bilməsə də, onun yaratdığı çətinliklərin təsirini dözümü ilə, səbri ilə, duyğulara bağlandığı böyük amalı ilə azalda bilir. Azərbaycan əsgəri təbiətə, həm dövlətə, həm də dövlətçiliyə sədaqəti ilə təsir göstərə bilir. Bu təsir ruhun sıxıntılara üstün gəlməsi kimi təzahür edir...davamı



Mehriban xanım Əliyevanın ordu quruculuğu prosesində də xidmətləri böyükdür

Ulu Öndər Heydər Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, insanların, xüsusilə, gənc nəslin yüksək ideyalarla yaşayan vətəndaşlar kimi formalaşması istiqamətində böyük işlər görmüşdür. Bu işlər sayəsində gənclərin səfərbəredici gücü, imkanları daim artacaq, hərtərəfli inkişafa səbəb olacaqdır...davamı



“Döyüşlər vaxtı hamımızın bir amalı var idi...”

Mayor Seydəli Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igidliklə iştirak etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə o, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən uğrunda" medallarına layiq görülüb...davamı



“Övladlarımızın ruhu şaddır ki, onların uğrunda can verdiyi müqəddəs yol Zəfərlə başa çatdı”

Mənzilimiz müqəddəs ocaqlardan birinədir. Müqəddəs ocaq ona görə ki, bu ailənin igid oğlu Rauf İbadov kimi torpaqlarımızın azadlığı uğrunda canından keçənlərin ünvanıdır. Müqəddəs amal uğrunda şəhid olan bütün oğullarımız kimi, onların ailələri də müqəddəsdir, dərin hörmətə və ehtirama layiqdirlər...davamı



“Mənəvi-psixoloji hazırlığın yüksəldilməsində ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti danılmazdır”

Rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət edən məğrur hərbçilərimizin mənəvi dəyərlərə sədaqətli, Vətən sevgisinin, düşmənə nifrət hissinin nə olduğunu dərk edən, qorxmaz və cəsur formalaşmasında ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti danılmazdır...davamı



Gənc əsgərlər tarixi yerlərdə oldular

Vətənə, xalqa sədaqətli olacaqlarına, Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarına, lazım gəlsə, Vətən uğrunda canlarını fəda etməya hazır olmağa and içərək ordumuzun tamhüquqlu üzvlərinə çevrilən gənc əsgərlərin ordu həyatında mətin, cəsur oğullar kimi formalaşmalarına xüsusi diqqət yetirilir...davamı



“Vətənə əsgər oldum”

Səhərdən başlayan təlim yenicə başa çatmışdı. Hərbi qulluqçular bir yerə yığışıb məşğələnin nəticələrini təhlil edirdilər. Qısa çəkən söhbətdən sonra məlum oldu ki, hesablamalar düzgün aparılıb, hədəflər dəqiq vurulub. Şəxsi heyət qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla və vaxtlı-vaxtında yerinə yetirib...davamı



Məharətli sürücü, peşəkar hərbçi

Azərbaycan Ordusunun güc və qüdrəti sayəsində düşmən işğalına məruz qalmış ərazilərimizdə yerləşən "N" hərbi hissəsində sürücü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rahib Məmmədov ilə tanış olduq. Onunla ilk söhbətimiz  döyüş postuna yollandığımız zaman oldu...davamı



“Yaradılan məişət şəraiti hər birimizin ruh yüksəkliyini artırır”

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar bütün hərbi hissələrdə öz müsbət nəticəsini verir. Yerləşmə yerindən asılı olmayaraq, bir qayda olaraq bütün hərbi hissəllərdə xidmət şəraitinin yüksəldilməsi məqsədilə mühüm addımlar atılır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı