“Təlimlərdə döyüş hazırlığımızı daha da artırırıq”
İkinci Qarabağ müharibəsindən əvvəl əsgərlərlə ön xətdə, səngərlərdə söhbətləşirdik. Vətəndən danışırdıq, torpaqdan, torpağın yaralarından, bu yaralara məlhəm Ali Baş Komandanın verəcəyi döyüş əmri ilə başlayacaq ədalətli müharibədə qazanılacaq qələbədən danışırdıq. Onda əsgərlərdən biri demişdi ki, istini-bürkünü, soyuğu-sazağı hərbi xidmətə, deməli, Vətənə sədaqət yumşaldır...davamı
Vətənə xidmət hər bir Azərbaycan gəncinin qürur mənbəyidir
Vətənə xidmət hər bir Azərbaycan gəncinin qürur mənbəyidir. Bu şərəfli yol yalnız cəsarət, güc tələb etməklə qalmır, həm də doğma torpağa sadiqlik və dərin məhəbbət tələb edir...davamı
“Azad olunan doğma torpaqlarımızda xidmət etmək fəxrdir”
Vətənə dərin məhəbbət hissi, onun mənafeyini müdafiə etmək və ölkənin rifahı üçün hər zaman çalışmaq istəyi vətənpərvərlik adlanır. Bu, həm də xalqının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşmaq, Vətənin beynəlxalq arenada nailiyyətlərini qorumaq və artırmaq istəyində də ifadə olunur...davamı
Bir oğul böyütdün, düşmənə çəpər
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
“Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”...davamı
Vətən müharibəsinin igidlərindən biri - kapitan Şamil Babayev
Şəhidlik Vətən naminə müqəddəs bir amal üçün canını fəda etməkdir. Din, Vətən, torpaq, namus kimi məfhumların ümdəliyi bizim mentalitetimizdir və onları qorumaq bizim borcumuzdur.
Ömrü Vətən üçün, torpaq üçün, millət üçün yaşayanlar bu dəyərlər uğrunda qorxmadan mübarizə aparmışlar...davamı
Laçın Şəhəri Günün mübarək, əziz xalqım!
Azərbaycanın igidlər oylağı, qəhrəmanlar yurdu Laçın şəhərinin erməni işğalından azad olunmasından dörd ilə yaxın bir müddət keçir. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımızı xoş müjdəli xəbərlə sevindirdi: "Bu gün avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"...davamı
Vətən sevgisi Ana laylasından başlayır
Gənc nəslə milli mənlik şüurunun aşılanması, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması, onun öz soykökünə, adət-ənənələrinə bağlı ruhda tərbiyə olunması zəruri şərtlərdən biri kimi hər zaman dövlətimizin aidiyyəti qurumlarının qarşısında duran aktual mövzulardan olub. Bəllidir ki, vətənpərvərlik hissi bir fərdin özünü dərk dövründən sonra formalaşan anlayış olduğundan, bu proses əvvəlcə ailədən başlayır...davamı
Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
Mövzu: Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə, tarixi faktlar və nəticələr
Suallar:
1. XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə, 1992-1994-cü illər tarixi faktlar.
2. Milli qurtuluş. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması...davamı
Vətənpərvərlik tədbirləri davam edir
Cari ilin tədbirlər planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbi xidmətdə olan hərbi qulluqçuların vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, onların döyüş əzminin artırılması və milli-mənəvi dəyərlərin geniş təbliği məqsədilə keçirilən tədbirlər davam etdirilir...davamı
Hərbi xidmətdə intizam sıradan başlanır
Ordu sıralarına daxil olan hər bir əsgər sıra hazırlığını mükəmməl şəkildə mənimsəməli, nəzəri və praktiki cəhətdən dərindən öyrənməlidir. Çünki intizam sıradan başlanır. Bəli, o sırada ki, mətin addımlarla irəliləyən minlərlə Vətən övladı Azərbaycanımızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərə atıldı, torpaqlarımızın azadlığı naminə canından keçərək, şəhidlik zirvəsinə ucaldı...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı