AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır...”
Dövlət müstəqilliyi bərpa olunduqdan sonra dünyanın böyük və bəşəri dövlətləri ilə Azərbaycan arasında yaranmış ikitərəfli münasibətlər siyasi əsaslarla genişlənirdi. Belə bir vaxtda Ermənistan əsassız ərazi iddiasının davamı kimi Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. İşğalçı dövlət beynəlxalq təşkilatların, bu sıradan BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirmədi, danışıqlar prosesindən yayınaraq regionda mövcud status-kvonu saxlamaqla, yeni ərazilər işğal etmək niyyəti ilə hücumlarını davam etdirirdi...davamı
“Keçirilən dərslər şəxsi heyətin biliklərini zənginləşdirir, onlarda ruh yüksəkliyi yaradır”
Şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olması, onun möhkəm nizam-intizamı və ruh yüksəkliyi qələbəni şərtləndirən əsas amillərdəndir. Məhz bu səbəbdən ordu sıralarında bu amillərin formalaşmasında mühüm rol oynayan ictimai-siyasi hazırlıq dərslərinə xüsusi önəm verilir...davamı
Müharibə ədəbiyyatına töhfə
Dahi şairimiz Səməd Vurğun "Kitabsız bir ömrün nə mənası var?" deyirdi. Digər bir müdrik kəlamında isə deyir ki, kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. Bəli, kitablar yazılır ki, hər zamanda, hər dönəmdə oxunsun, gələcək nəsillərə tariximizi doğru-düzgün çatdıra bilsin. Yazılan qalır. Kitablar da hansı zamanda yazılırsa, həmin zamanı gələcəyə aparır. Ən güclü təbliğat vasitələrindən biri də kitabdır...davamı
“İşğalı sonlandırdıq, Qarabağımızı işğaldan azad etdik, qara buludları yurdumuzun üzərindən dağıtdıq”
Mayor Sakin Qəhrəman oğlu Yediyarov əslən Göyçay rayonundandır. Hələ kiçik yaşlarından ailədə və məktəbdə aşılanan vətənpərvərlik hissi, Ana Vətənə olan sevgisi və torpaqlarımızın işğal altında olması onun həyat yolunu ordu sıralarına bağlayıb...davamı
Şəhidlik - Vətənə sevginin ən uca zirvəsi
Azərbaycan tarixinin hər səhifəsində Vətən üçün canından keçən igidlərin izləri yaşayır. Şəhidlik anlayışı bizim üçün bu millətin qürur mənbəyinə çevrilmiş müqəddəs bir dəyərdir. Bu dəyər yüzillər boyunca xalqımızı birləşdirib, bir dövlət kimi varlığımızı qoruyub və gələcək nəsillərə yol göstərib...davamı
Şəhidlik - igidliyin, şücaətin, cəsurluğun məktəbi
Bu torpaq uğrunda, Ana Vətənə sevgi naminə kimlər öz canından keçmədi ki... Babalarımızdan bizə miras qalan torpaqlarımız üçün neçə nəfər öz şirin canından keçərək ali zirvəyə yüksəldi. Raquflar, Şirinlər, Pəncəlilər, Mübarizlər, Poladlar, Muradlar, Samidlər daha kimlər... Hər biri bir elin-obanın, bir ata-ananın, bir ailənin arxa-dirəyi olan qəhrəmanlar...davamı
Vətən naminə
Hərbi hissələrdə əsgərlərimizlə Vətən haqqında söhbətlərimizin yekunlaşdığını xatırlaya bilmirəm - söz sözü çəkir, mətləb mətləbi, hərdən fikir fikrin başlanğıcı və davamı olur. Əsgərlərdən biri Dilsuzun "Bura Vətəndi" şeirini xatırlatmışdı, "Bura Vətəndi, Gülü bitəndi..." demişdi. Bir anlıq səssizlikdən sonra misralar əsgərlərin sayı qədər təkrarlanmışdı...davamı
20 Yanvar - tariximizin qəhrəmanlıq səhifəsi
20 Yanvar faciəsindən 36 il keçir. Bu illər bir həqiqəti daha da möhkəmləndirdi: Azərbaycan xalqı azadlığını göz yaşları ilə yox, iradəsi və canı bahasına qazanıb. 20 Yanvar faciə olmaqla yanaşı, xalqımızın qorxmazlığının, sınmayan ruhunun və milli qürurunun zirvəsidir...davamı
İdmançılarımızı tanıyaq
Əsgər Rəvan Fətullayev - 2019-cu ildə idmanın karate növü üzrə ölkəmizdə keçirilən dünya kubokunun qalibi: “Günün nizam qaydalarına uyğun olaraq keçirilən fiziki hazırlıq məşğələləri sayəsində daha güclü, dözümlü, iradəli və sağlam oluruq. Fiziki cəhətdən güclü olan əsgər isə hər zaman döyüş meydanında qalib olacaq”...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı