Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2026 11:38

İdmançılarımızı tanıyaq

Əsgər Rəvan Fətullayev - 2019-cu ildə idmanın karate növü üzrə ölkəmizdə keçirilən dünya kubokunun qalibi: “Günün nizam qaydalarına uyğun olaraq keçirilən fiziki hazırlıq məşğələləri sayəsində daha güclü, dözümlü, iradəli və sağlam oluruq. Fiziki cəhətdən güclü olan əsgər isə hər zaman döyüş meydanında qalib olacaq”. 
Əsgər Bəhmənağa Süleymanov - 2023-cü ildə idmanın kikboksinq növü üzrə Gürcüstanda keçirilən zona birinciliyinin qalibi: “Fiziki hazırlıq məşğələlərinə xüsusi diqqət göstərir, idman şəhərciyində həvəslə məşq edirik. Əsgəri xidmətdə hərbi biliklərə yiyələnməklə yanaşı, fiziki hazırlığımızı da artırırıq. Bu bizə döyüş ruhu aşılamaqla bərabər, özümüzə olan inam hissimizi də yüksəldir”.

"Azərbaycan Ordusu"