Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 12:00

"Azərbaycan Ordusu" qəzeti № 38 (2546)

“Dədə-baba yurdumuz övladlarını səsləyirdi”

Xalqımız illərdir həsrətində olduğu Böyük Qələbənin sevincini yaşayır. Bu Qələbə Azərbaycan əsgərinin cəsarəti, mərdliyi, qəhrəmanlığı, həmçinin ordumuzun bölmələrinin qarşılıqlı fəaliyyəti sayəsində əldə olundu. Döyüşlər zamanı igidlərimiz şəxsi nümunə göstərərək adlarını hərb tariximizin səhifələrinə yazdılar...davamı



Hər addımda tarix yazan igidlərlə rastlaşırıq

Ötən il yaddaşımıza zəfər ili kimi həkk olundu. Sentyabrın 27-də başlayan Vətən müharibəsi tarixi qələbəmizlə başa çatdı. Peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunan, istənilən hərbi tapşırığı uğurla həyata keçirə bilən rəşadətli Azərbaycan Ordusu işğalçıları tarixi torpaqlarımızdan qovdu. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi ərazi bütövlüyümüzü təmin etdi...davamı



“Şəxsi heyətin sağlamlığının qayğısına qalırıq”

Ordu sıralarında ən çox diqqət çəkən sahələrdən biri də tibb xidmətidir. Məhz həkimlərimizin sayəsində əsgərlərimiz səhhəti ilə bağlı heç bir problemlə rastlaşmırlar. "N" hərbi hissəsinin tibb məntəqəsində xidmət edən peşəkar həkimlərimiz də hər zaman Vətən keşikçilərinin sağlamlığının qeydinə qalırlar. Onlara günün istənilən vaxtı xidmət göstərməyə hazırdırlar...davamı



Şəhidlər ölməz, Vətən bölünməz!

Vətənə olan sevgi Anaya olan sevgi ilə bir tutulur. Ana Vətən anlayışı da bu sevgidən yaranır. İnsan bir ailədə doğulsa da, Vətən torpağında böyüyüb boya-başa çatır, suyu və havası ilə qidalanır. Bunun üçün də onu müdafiə etməyə və qorumağa hər zaman borcludur. Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmadağın edərək tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında, xalqın dəstəyindən güc alan mərd oğullarımız qısa müddət ərzində tarixi torpaqlarımızı işğaldan azad etdilər...davamı



Şəhid ailələrinə diqqət yüksək səviyyədədir

Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etmişdi. Nə BMT-nin Təhlükəsizlik Şurası, nə də ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər bu münaqişəni danışıqlar yolu ilə həll edə bilmədi, bəlkə də həll etmək istəmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan xalqı və Azərbaycan dövləti Qafqazda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir" bəyanatından sonra bu istiqamətdə ciddi düşünməli idilər. Münaqişəni Azərbaycan Ordusu həll etdi...davamı



Nizami irsinin kursantların şəxsiyyət kimi formalaşmasında rolu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan edilib. Yazıldığı vaxtdan illər, əsrlər keçməsinə baxmayaraq, bu gün də oxucular şairin əsərlərini sevə-sevə oxuyur, ədibin poemalarından zövq alaraq mənəvi cəhətdən kamilləşir, şəxsiyyət kimi formalaşırlar...davamı



Salam, Xarıbülbülüm, salam, “Xarıbülbül”üm!

29 il hər gün dan yeri qızaranda da, şər qarışanda da, ağacların budaqlarından sürüşən yellər üzü dağ yuxarı əsəndə də, əsə-əsə səbrimizi kəsəndə də könlümüz Qarabağdan keçib, havalı könlümüz bir udum hava əvəzi Xanın səsinin havalanmasını, "Qarabağ şikəstəsi"ni arzulayıb. Bu arzu niyyətə dönüb, niyyət - muraza. Bu muraz 29 il gündüzlər düşüncələrimizin bürüncəyi olub, gecələr yuxularımızda gecələyib...davamı



Ağdama gedirik...

Bir-iki il əvvəl "Ağdama gedirik..." ifadəsini dilimizə gətirsəydik, yazsaydıq, yəqin ki, buna heç kim inanmayacaqdı. Amma indi deyilənlərə və yazılanlara heç kim şübhə etmir. Çünki artıq zaman dəyişilib. Daha doğrusu, zaman özü çox şeyi dəyişib. İndi Ağdama, eləcə də, illərcə əvvəl erməni qəsbkarlarının işğalında olmuş başqa şəhər və kəndlərimizə getmək xəyal deyil, reallıqdır. Xəyalları reallığa güclü, qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində davam edən Vətən müharibəsində çevirdi...davamı



Bölmələrimizdə uğurlu xidmət üçün hər bir şərait yaradılıb

Müzəffər Ali Baş Komandan İlham Əliyevin orduya olan xüsusi diqqət və qayğısı nəticəsində bu gün yerləşdiyi yerdən asılı olmayaraq bütün bölmələrimizdə hərbçilər üçün hər bir şərait yaradılıb. İllərdir düşmən işğalında olan doğma torpaqlarımız igid oğullarımızın şücaəti ilə öz azadlığına qovuşdu. Ölkə rəhbərliyinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərimizdə yeni hərbi hissələr tikilir, hərbçilərin sosial-məişət şəraitinin yüksəldilməsi istiqamətində işlər görülür...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı