“O dağların o tərəfi Şuşadı!”
Hər dəfə ön xətdə yerləşən hərbi hissəyə gedəndə, torpaqlarımıza keşik çəkən məğrur əsgərlərimizi görəndə ürəyim dağa dönür. Yenə də yolumuz ön xətdə yerləşən "N" hərbi hissəsinədir. Yaşayış məntəqələrini arxada qoyub, hərbi hissəyə çatırıq. Səhrada yaradılan bu hərbi hissə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduya göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Burada şəxsi heyətin nümunəvi xidmət etməsi üçün hər bir incəlik nəzərə alınıb...davamı
Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu
Heydər Əliyev hər şeydən əvvəl ordu quruculuğuna dövlət rəhbərliyini təmin etdi, bu prosesi dövlətin müstəsna səlahiyyətləri çərçivəsinə saldı, ordunu siyasətdən kənarlaşdırdı, ordunun ölkə Konstitusiyasından irəli gələn vəzifələrə xidmət göstərməsini təmin etdi. Orduya siyasi qüvvələrin nüfuz etməsinin qarşısı birdəfəlik alındı, onun formalaşması, təşkilatlanması və təchizatı qəbul edilmiş qanunlarla normalaşdırıldı...davamı
“Heydər Əliyev Azərbaycanın milli təhsil sisteminin yaradıcısıdır”
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev Azərbaycanın milli təhsil sisteminin yaradıcısıdır" adlı tədbir keçirildi. Tədbir ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi...davamı
Azərbaycanlılar İkinci Dünya müharibəsi illərində” adlı tədbir keçirildi
Mayın 7-də Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş "Azərbaycanlılar İkinci Dünya müharibəsi illərində" adlı tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrin, Respublika Veteranlar Təşkilatının üzvləri, məktəblilər və ictimaiyyət nümayəndələri, həmçinin Böyük Vətən müharibəsinin veteranları iştirak edirdilər...davamı
Qələbənin qazanılmasında Bakı neftinin rolu
Təqdim edilən məqalə Vaşinqtonda çıxan "Jewish Journal" qəzetində "Azərbaycan Hitlerin məğlub olmasına necə kömək etdi" başlığı ilə dərc olunub. İkinci Dünya müharibəsi başlananadək Bakı nəhəng bir ölkənin əsas neft mərkəzi olub. Bütün SSRİ-də hasil edilən neftin təxminən dörddə üçü Azərbaycan paytaxtının payına düşürdü...davamı
Bəşər tarixinin dəhşətli müharibəsi
Böyük Vətən müharibəsində Azərbaycan xalqı da alman faşizminə qarşı mübarizə aparıb. Azərbaycanın qəhrəman oğul və qızları faşistlərə qarşı döyüşərək fədakarlıqlar göstəriblər. Bu il də xalqımız Qələbənin 73-cü ildonümünü böyük təntənə ilə bayram edir. Bu qələbənin əldə edilməsində həmvətənlərimizin də böyük rolu olub...davamı
Şuşa həsrəti
Şuşa - Qarabağın həmayili hər birimiz üçün müqəddəs məkandır. 1992-ci il mayın 8-dən onun həsrətindəyik. Üzücü həsrətdi. Şuşalılar da, Şuşanı görənlər-görməyənlər də bu qala-şəhərə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Şuşanın əsrarəngiz təbiəti ahənrüba kimi hamımızı özünə çəkməkdədi. Qəsbkarların dağıtdığı tarixi abidələrin daşına-divarına toxunacağımız günün həsrətindəyik...davamı
“Şahin” hərbi idman oyunlarının Bakı birinciliyi mübarizə şəraitində keçdi
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Şahin" hərbi idman oyunlarının Bakı şəhəri üzrə birinciliyi keçirildi. Polkovnik-leytenant Yaşar Abbasov Hərbi liseyin respublika məktəbliləri arasında keçirilən belə mötəbər yarışlara ev sahibliyi etməkdən qürur duyduğunu bildirdi. "Bu gün "Şahin" hərbi idman oyunlarının Bakı şəhəri üzrə birinciliyi keçirilir. Hər il keçirilən bu yarış gənclər üçün sanki bir mübarizlik meydanıdır...davamı
Belə dövlətin vətəndaşı olmaq qürurvericidir
Oğlum Malik Müzəffərov 1973-cü ildə Neftçala rayonunda anadan olmuşdu. 1 nömrəli orta məktəbdə təhsil almışdı. 1991-ci ildə onu fərəhlə, qürurla ordu sıralarına yola salmışdıq. 1993-cü ilin aprelin 3-də şəhid oldu...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı