Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2026 18:00

"Azərbaycan Ordusu" qəzeti № 17 (3019)

Qalib ordunun, məğlubedilməz xalqın və Müzəffər Ali Baş Komandanın əsgərləriyik

Ölkəmizin dünya miqyasında layiqli və etibarlı tərəfdaş olaraq tanınması ilə paralel, Qalib Azərbaycan Ordusu günü-gündən öz qüdrətini artıraraq təkcə regionda deyil, qlobal arenalarda da öz adından bəhs etdirməyi bacarır...davamı 



Cəmşid Naxçıvanski adına Hərbi Liseydə gələcəyin zabit kadrları yetişir

"Gərək hər bir gənc orduya səfərbər olmağa hazır olsun və orduda xidmət etməyi özünə şərəf kimi qəbul etsin", - deyə Ulu Öndər Heydər Əliyev qeyd etmişdir. Bu fikir Azərbaycan dövlət quruculuğu siyasətində ordunun rolunun nə qədər mühüm olduğunu aydın şəkildə ifadə edir...davamı 



44 günün Zəfər dastanı

Tarix hər zaman müxtəlif hadisələrlə yaddaşımıza əbədi həkk olunur. Elə günlər var ki, zamanın arxasında sadəcə bir tarix kimi görünür, elə günlər də var ki, bütöv bir xalqın taleyini dəyişir və əsrlərlə danışılan dastana çevrilir...davamı 



Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən müharibəsi şəhidi Ağasadıq Xəlil oğlu Aslanovun doğum günü ilə əlaqədar olaraq mərasim keçirilib. 
Anım mərasimi çərçivəsində şəhidimizin xidmət və döyüş yoldaşları onun məzarını ziyarət edib, üzərinə gül düzüb, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər...davamı 



Nümunəvi hərbçi, təcrübəli aşpaz


İnsan istənilən peşəni seçməzdən əvvəl onu sevir, yiyələndiyi peşəni sevən insan isə həmişə uğur qazanır. Onun çalışdığı kollektivdə hörmət, nüfuz sahibi olacağı da şübhəsizdir. O zaman insan əldə etdiyi uğurdan qürur duyacaq. Kiçik çavuş Ramil Mürsəlov da məhz belə hərbçilərdəndir...davamı 



“El igidləri ilə tanınar”

"El igidləri ilə tanınar" və bu qəbildən olan digər atalar sözləri cəsur, vətənpərvər, torpaqlarımızın azadlığı uğrundan canından keçən igid oğullarımızla xalqımızın hər zaman qürur duyduğunun göstəricisidir...davamı



Vətənə xidmət ömrün mənasıdır

Azərbaycan Ordusunun yüzlərlə peşəkar, vətənpərvər zabiti respublikamızın ərazi bütövlüyünün qorunmasında, müdafiəsinin və suverenliyinin təmin olunmasında fəal iştirak edərək şərəfli xidmət yolu keçib...davamı



İdman döyüş qabiliyyətinin əsas amilidir


Azərbaycan Ordusu bu gün regionun ən qüdrətli və müasir hərbi qüvvələrindən biri kimi ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün əsas təminatçısıdır. Son illər həyata keçirilən genişmiqyaslı islahatlar, ordumuzun maddi-texniki bazasının yenilənməsi və hərbi qulluqçuların peşəkarlığının artırılması ordumuzu tamamilə yeni, keyfiyyətli inkişaf mərhələsinə yüksəldib...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu: IX əsrdə Azərbaycanda xalq-azadlıq hərəkatı...davamı 



İdmançılarımızı tanıyaq

2026-cı ilin hazırlıq planına əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda cüdo, yunan-Roma və sərbəst güləş üzrə ordu birinciliyi keçirildi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı