Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2021 11:06

"Azərbaycan Ordusu" qəzeti № 15 (2523)

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur

Sentyabrın sonlarından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətin bərpa olunması üçün müqəddəs tarixi savaşa başladı. Danışıqları pozmaqla, Azərbaycana qarşı müxtəlif təxribatlar törətməklə Ermənistan özü bu tarixi günü tezləşdirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günü, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu...davamı



Qələbə ilə tariximizin səhifələrinə Azərbaycan xalqının mübarizliyinin, birliyinin növbəti nümunəsi həkk olundu

Azərbaycan hər zaman qəhrəman oğullar, igidlər və cəsurlar yurdu olub. Vətən müharibəsində mənfur düşmənə ağır zərbələr endirərək, onları əzəli torpaqlarımızdan qovan rəşadətli ordumuzun şəxsi heyəti sübuta ehtiyacı olmayan aksiomanı bir daha bütün dünyaya sübut etdi. Cəmi 44 günlük qısa zaman kəsimində yurdumuzun mərd oğulları Qarabağda qəhrəmanlıq dastanı yazdılar. Elə bir dastan ki, illər keçsə də, bu qələbəni xalqımıza bəxş edən həmin oğullar unudulmayacaq, onların həyat yolu gələcək nəsillərə nümunə olacaqdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan azad etdi...davamı



Əbədiyyət qazanan şəhid ömrü

İllərlə xilaskar ər oğullarının həsrətlə yolunu gözləyən əsir, viranə yurd yerlərimiz azadlığına qovuşdu artıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun böyük qələbəsi ilə başa çatdı. Qəhrəman Vətən övladlarının dönməz, şərəfli mübarizə yolunda göstərdiyi misilsiz şücaəti, qanı, canı bahasına. Vətənimizin qeyrətli, mətin oğulları Azərbaycanın ərazi bütövlüyü uğrunda odlardan, alovlardan keçərək, igidlikləri ilə şanlı hərb tariximizə yeni-yeni səhifələr yazdılar. Onlar hətta yüksək dözüm, hərbi güc, birlik, əzm və qeyrət, eləcə də böyük fədakarlıq nümunəsi göstərərək, ordumuzun yenilməz qüdrətini dünya miqyasında nümayiş etdirməyə nail oldular...davamı



XX əsrin ən dəhşətli faciəsi - Xocalı soyqırımı

Xalqımız uzun illər ərzində ermənilərin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalaraq tarixi torpaqlarından qovulub, məcburi köçkünə və qaçqına çevrilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrin ən dəhşətlisi Xocalı soyqırımıdır. Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi həkk olundu. O gecə Xocalı dəhşət yaşadı. Ermənistan silahlı birləşmələri və 366-cı motoatıcı alay tərəfindən məqsədyönlü şəkildə törədilən bu soyqırımı Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə həyata keçirilən kütləvi qırğınlardan biridir. Azğınlaşmış ermənilər həmin gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq azərbaycanlılara qarşı soyqırımı törədərək əsl simalarını bütün bəşəriyyətə göstərdilər...davamı



Xocalı qətliamı insan təfəkkürünə sığmayan vəhşiliklərin qanlı izidir

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Xocalı müsibəti kimi!...davamı



Babasının taleyini yaşayan Zaur

Vətənimizin hər qarışı igid oğullarımızın qanı, canı ilə yoğrulub. Qədimdən üzü bu yana zaman-zaman yadelli düşmənlər Vətənimizə silahlı hücumlar, xalqımıza isə olmazın zülmlər ediblər. Lakin xalqımızın qeyrətli, mərd oğulları hər zaman düşmənə qarşı qətiyyətlə mübarizə aparıblar. Nə qədər acı olsa da, bəzi hallarda məğlubiyyətimiz də olub. Ancaq bu o demək deyil ki, düşmənin işğalı ilə barışmışıq. Çox da uzaq olmayan keçmişə nəzər salmaq yetərlidir...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu:  IX əsrdə Azərbaycanda xalq-azadlıq hərəkatı.
Suallar:

1. IX əsrdə Azərbaycanda xalq-azadlıq hərəkatı.

2. Xürrəmilərin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə.

3. Xürrəmilər hərəkatının əhəmiyyəti...davamı




Oğullar verdi ki, can...


Vətəndaş olaraq ömrümüz boyu Vətənimizin bütövlüyü ilə bağlı üzərimizə böyük  vəzifələr düşür. Bu vəzifələrin ən müqəddəsi, ən vacibi isə qoynunda dünyaya göz açdığımız torpağı, Vətəni yadellilərdən qorumaqdır. Böyük şair Məmməd Araz gözəl deyib: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!" Oğullarımız həmişə Vətən uğrunda, onun bütövlüyü, bölünməzliyi naminə ölümdən qorxmadan döyüşlərə atılıblar, cəsarət və hünərlə vuruşa-vuruşa yurdun keşiyində dayanıb, onu yağılardan qoruyublar...davamı




Şəxsi heyətin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzindədir

Şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, asudə vaxtının səmərəli təşkil olunması daima yuxarı rəhbərliyin diqqət mərkəzindədir. Bunun üçün Azərbaycan Ordusunun coğrafi mövqeyindən asılı olmayaraq bütün hərbi hissələrində hər cür şərait yaradılıb. Komandir heyəti çalışır ki, asudə vaxtlarında əsgərlər həm istirahət etsinlər, həm də hər hansı bir biliyə yiyələnsinlər. Bu məqsədlə bölmələrin dayaq məntəqələri, həmçinin mövqelərdə qərarlaşan bölmələrimiz dünyaca məşhur müəlliflərin əsərləri ilə təmin olunub. Hərbi qulluqçular mütəmadi tele-radio proqramlarını izləyir, ölkədə və regionda baş verən hadisələrdən xəbərdar olurlar. Həmçinin asudə vaxtlarında Vətənin müdafiəçiləri dama və şahmat oynayır, müxtəlif növ yarışlar keçirirlər...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı