Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Qadın hərbi qulluqçular və milli-mənəvi dəyərlərimiz" mövzusunda seminar-müşavirə keçirilib 22 Sentyabr 2016 09:00

Müdafiə nazirinin tapşırığına əsasən Şəmkir şəhərindəki "N" saylı hərbi hissədə "Qadın hərbi qulluqçular və milli-mənəvi dəyərlərimiz" mövzusunda seminar-müşavirə keçirilib.

Müdafiə naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb 21 Sentyabr 2016 09:00

Sentyabrın 21-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş növbəti tədbir keçirilib 21 Sentyabr 2016 09:00

Müdafiə Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş tədbir keçiriblər.

Gürcüstanın Azərbaycanda yeni hərbi attaşesi Müdafiə nazirinə təqdim olunub 21 Sentyabr 2016 09:00

Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.

"İnformasiya təhlükəsizliyi" mövzusunda konfrans keçirilib 21 Sentyabr 2016 09:00

Müdafiə Nazirliyinin, qoşun növləri və qisimlərinin, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "İnformasiya təhlükəsizliyi" mövzusunda konfrans keçirilib.

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib 21 Sentyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Bakıda NATO Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir 20 Sentyabr 2016 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Birgə HHQ Əməliyyatlarının Planlaşdırılması" mövzusunda təlim kursu keçirilir.

Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama üzrə seminar keçirilib 20 Sentyabr 2016 09:00

Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya və Litvanın Müdafiə nazirlikləri arasında cari il üçün ikitərəfli əməkdaşlıq planlarına əsasən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Baltikyanı dövlətlərin ekspertlərinin iştirakı ilə "Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama" mövzusunda seminar təşkil olunub.

STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə dair seminar keçirilib 20 Sentyabr 2016 09:00

Azərbaycan və Latviya Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Latviya Silahlı Qüvvələri Dil Məktəbi nümayəndələrinin iştirakı ilə seminar keçirilib.

Azərbaycan Prezidentinin Ermənistan prezidentinə sərt və tutarlı cavabı Silahlı Qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradıb 20 Sentyabr 2016 09:00

Müdafiə nazirinin tapşırığına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidentinə cavabı ilə əlaqədar "dəyirmi masa" keçirilib.