Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2016 09:00

STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə dair seminar keçirilib

Azərbaycan və Latviya Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Latviya Silahlı Qüvvələri Dil Məktəbi nümayəndələrinin iştirakı ilə seminar keçirilib.
STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə və hazırlanmış testlərin qarşılıqlı sınaqdan keçirilməsinə dair seminarda test materiallarının moderasiya edilməsi, pilotlanması, qarşılıqlı istifadəsi və nəticələrin uzlaşdırılması mövzuları üzrə müzakirələr aparılıb.