Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri BMT-nin Londonda keçirilən tədbirində iştirak edəcək 7 Sentyabr 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda keçiriləcək Müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün London şəhərinə səfərə gedib.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 6 Sentyabr 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 7-də Göygöl rayonunun Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Hərbi tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib 6 Sentyabr 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən, sentyabrın 6-da Bakıda tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.

El ağsaqqalları işğaldan azad edilmiş Lələtəpə zirvəsində qurban kəsiblər 5 Sentyabr 2016 09:00

Silahlı Qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" devizi altında keçirilən silsilə tədbirlər aylığı davam edir.

Sentyabrın 11-də Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçiriləcək 2 Sentyabr 2016 09:00

Ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı ərəfəsində sentyabrın 11-də saat 11.00-da hərbi hissələrdə "Açıq qapı" günü təşkil olunacaq.

Şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifələrinə qəbul elan edilir 2 Sentyabr 2016 09:00

Aprel hadisələrindən sonra Ordunun nüfuzunun artması, vətəndaşlarımızda ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərin daxil olmasına səbəb olmuşdur.

Aprel döyüşlərinin iştirakçıları uzunömürlülər diyarı Lerikdə olublar 1 Sentyabr 2016 09:00

Müdafiə Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə uzunömürlülər diyarı Lerikdə aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu ilə rayon ictimaiyyətinin görüşü olub.

Sentyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 Sentyabr 2016 09:00

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 sentyabr 2016-cı il tarixədək 76.261.691,80 AZN, 212.373,88 ABŞ dolları, 4193,69 avro və 5000,0 rubl vəsait daxil olub.