Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə naziri Bolqarıstanın İqtisadiyyat naziri ilə görüşüb 30 Sentyabr 2016 09:00

Sentyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının İqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib 29 Sentyabr 2016 09:00

Sentyabrın 29-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Sankt-Peterburq şəhərində MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib.

"Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası çərçivəsində növbəti tədbir keçirilib 28 Sentyabr 2016 09:00

Müdafiə Nazirliyinin yeni layihəsi - "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası davam edir.

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb 28 Sentyabr 2016 09:00

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 28 Sentyabr 2016 09:00

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə Sankt-Peterburq şəhərinə yola düşüb.

Azərbaycanın Müdafiə naziri Çexiya Müdafiə nazirinin müavini ilə görüşüb 28 Sentyabr 2016 09:00

Sentyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çexiya Respublikası Müdafiə nazirinin müavini Yakub Landovski ilə görüşüb.

Murovdağ döyüşçüləri Dövlət himninin müəllifləri - böyük bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavadın xatirəsini yad ediblər 28 Sentyabr 2016 09:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə 22 il öncə cəbhəyə yola salınan, Murovdağdakı "N" saylı hərbi hissənin bir qrup döyüş və mənəvi-psixoloji hazırlıq əlaçısı dövlət müstəqilliyimizin 25 illik yubileyi ərəfəsində müqəddəs dövlətçilik rəmzlərimizdən olan Azərbaycan Respublikası Dövlət himninin müəllifləri - böyük bəstəkar Üzeyir Hacıbəylinin və şair Əhməd Cavadın xatirəsini yad ediblər.

Prezident İlham Əliyev "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi ilə tanış olub - VİDEO 27 Sentyabr 2016 12:00

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.

Bakıda "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi açılıb 27 Sentyabr 2016 09:00

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi açılıb.

Azərbaycanın Müdafiə naziri belaruslu həmkarı ilə görüşüb 27 Sentyabr 2016 09:00

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.