Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb 20 Sentyabr 2016 09:00

Sentyabrın 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşüb.

Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub 16 Sentyabr 2016 09:00

Ordu komandanlığı ilə xidməti müşavirə keçirilibAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub.

Azərbaycan və Böyük Britaniya hərbi hüquq ekspertləri arasında görüş keçirilib 16 Sentyabr 2016 09:00

Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirlyinin Hüquq İdarəsində iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüş keçirilib.

Müdafiə naziri Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə olub - VİDEO 15 Sentyabr 2016 12:00

Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilib.

C.Naxçıvanski adına Hərbi Liseydə Bilik Günü qeyd olunub 15 Sentyabr 2016 09:00

Bilik Günü münasibətlə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Müdafiə naziri hərbi məktəbdə olub 14 Sentyabr 2016 09:00

Təhsil müəssisəsində yeni müasir tipli yeməkxana kompleksi istifadəyə verilibMüdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması, eləcə də yeni inşa edilən infrastruktur obyektinin açılışı ilə əlaqədar sentyabrın 14-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Monitorinq baş tutdu 14 Sentyabr 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 13 Sentyabr 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilib 11 Sentyabr 2016 18:00

Müdafiə nazirinin tapşırığına əsasən Qurban bayramı ərəfəsində hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil edilib.

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir 11 Sentyabr 2016 09:00

Bu gün saat 11.00-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı ərəfəsində hərbi hissələrdə "Açıq qapı" günü keçirilir.