Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2016 09:00

C.Naxçıvanski adına Hərbi Liseydə Bilik Günü qeyd olunub

Bilik Günü münasibətlə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib.
Tədbir açıq elan edildikdən sonra liseyin şəxsi heyəti hərbi orkestrin müşaiyəti ilə Azərbaycan Respublikasının Dövlət himnini oxuyub. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunub. Liseyin döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.
Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov şəxsi heyəti bayram münasibəti ilə təbrik edərək Müdafiə nazirinin təbriklərini kursantlara çatdırıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri, valideyinlər, veteranlar, pedoqoji kollektivin üzvləri bayram münasibətilə kursantları təbrik edib, onlara tədrisdə və hərbi hazırlıqda uğurlar arzulayıblar.
Kursanlar adından çıxış edən İrşad Sadıqov bildirib ki, onlar ordu üçün yaxşı zabit, ölkə üçün dəyərli vətəndaş olacaqlar.
Sonra gənc kursantlar şərəf andı içiblər. Bilik Gününə həsr olunmuş mərasim şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçməsi ilə başa çatıb.