Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2016 09:00

Gürcüstanın Azərbaycanda yeni hərbi attaşesi Müdafiə nazirinə təqdim olunub

Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.
Görüşdə hər iki ölkənin silahlı qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri və regiondakı hərbi-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.
Sonra səfir Gürcüstanın ölkəmizdə yeni təyin olunan hərbi attaşesi, polkovnik Giorgi Kvirikaşvilini Azərbaycanın Müdafiə nazirinə təqdim edib.
Müdafiə naziri hərbi attaşeni yeni təyinatı münasibətilə təbrik edərək ona ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.