Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2016 09:00

Bakıda NATO Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Birgə HHQ Əməliyyatlarının Planlaşdırılması" mövzusunda təlim kursu keçirilir.
Kurs müddətində iştirakçılara "NATO HHQ-nin Komanda və Qüvvə strukturu", "Birgə Əməliyyatların Planlaşdırılmasının Əsas Xüsusiyyətləri" və digər mövzular barədə məlumatlar veriləcək, eləcə də işçi qruplarda fəaliyyətlər həyata keçiriləcəkdir.
Təlim kursu sentyabrın 23-dək davam edəcəkdir.