Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə naziri Xorvatiyanın Prezidenti ilə görüşüb 11 Mart 2015 09:00

Martın 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qəbul edib.

Azərbaycan Respublikası Müdafiə nazirinin Xorvatiya və Sloveniyaya rəsmi səfəri başlayıb 10 Mart 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikası və Sloveniya Respublikasına rəsmi səfərə gedib.

General Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş viktorinalar keçirilib 9 Mart 2015 09:00

General Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 noyabr 2014-cü il tarixli sərəncamın icrası ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində tədbirlər silsiləsi davam edir.

Naxçıvan Qarnizonunun Zabitlər Evində Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib 7 Mart 2015 09:00

Naxçıvan Qarnizonunun Zabitlər Evində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi seminar keçirilib 7 Mart 2015 09:00

Müdafiə nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı"na əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərb elminin inkişafı sahəsində "Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi fəaliyyəti və Xəzər dənizi sahəsində aparılan elmi tədqiqatlar" mövzusunda elmi seminar keçirilib.

Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanının Azərbaycana rəsmi səfəri başa çatıb 7 Mart 2015 09:00

Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk ölkəmizə rəsmi səfəri proqramı çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.

Maddi-Texniki Təminat Baş İdarəsində Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib 7 Mart 2015 09:00

Müdafiə nazirinin tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı tədris müəssisələrində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib.

C.Naxçıvanski adına hərbi liseydə Bayram münasibəti ilə tədbir keçirilib 7 Mart 2015 09:00

C.Naxçıvanski adına hərbi liseydə Gənclər və İdman Nazirliyinin Xətai rayon şöbəsi, Xətai rayon Mədəniyyət evi ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

"TurAz Şahini 2015" təlimi davam edir 7 Mart 2015 09:00

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 7 Mart 2015 09:00

Martın 9-dan 13-dək Hohenfels şəhərində (Almaniya) Kombayn Rezolv-4 təliminin yekun planlaşdırma konfransı, martın 9-dan 20-dək İzmir şəhərində (Türkiyə) hava sahəsinə nəzarət və idarəetmə kursu, martın 10-dan 11-dək İstanbul şəhərində (Türkiyə) hərbi və təhlükəsizlik tədqiqatları üzrə beynəlxalq simpozium, martın 10-dan 19-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) ingilis dili fakültəsinin inkişafı mözusunda işçi görüşü, martın 11-dən 13-dək Belqrad şəhərində (Serbiya) əməliyyat imkanları konsepsiyası, qiymətləndirmə və analiz proqramının məlumat bazası üzrə təlim kursu keçiriləcək.