Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirini qəbul edib 18 Mart 2015 09:00

Martın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Taqi Xəlilini qəbul edib.

Novruz bayramı münasibətilə bayram tədbirləri təşkil olunub 18 Mart 2015 09:00

Monitorinq baş tutdu 18 Mart 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 18-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında görüş keçirilib 17 Mart 2015 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikasının NATO ilə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"nın (FTƏP) və "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsinin qiymətləndirməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının ekspertlər qrupu ilə işçi görüşü başlayıb.

Təmas xəttində monitorinq keçiriləcək 17 Mart 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 18-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə naziri Mehdi Hüseynzadənin məzarını ziyarət edib 14 Mart 2015 09:00

Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib.

Müdafiə naziri Sloveniya Parlamentində olub 14 Mart 2015 09:00

Sloveniyada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovu bu ölkənin parlamentinin sədri doktor Milan Brqlez qəbul edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 14 Mart 2015 09:00

Martın 16-dan 20-dək Zalsburq şəhərində (Avstriya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim kursu, Helsinki şəhərində (Finlandiya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu, martın 18-dən 20-dək isə Minsk şəhərində (Belarusiya) beynəlxalq hümanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar keçiriləcək.

Mühəndis istehkam bölmələri ilə taktiki məşğələ keçirilib - VİDEO 13 Mart 2015 13:00

Mühəndis istehkamçıların təlim mərkəzində mühəndis bölmələri ilə taktiki məşğələ keçirilib.

Əlahiddə Ümumqoşun Ordusunda yarış keçirilib 13 Mart 2015 09:00

Əlahiddə Ümumqoşun Ordusunda hərbi qulluqçular arasında 100 metr məsafəyə qaçış üzrə yarış keçirilib.