AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu gün, yanvarın 2-də, cəbhə xəttində nəzərə çarpacaq dəyişiklik olmamışdır.
Döyüşçülərimiz bayram əhval-ruhiyyəsi ilə arxayınlaşmayaraq yeni il ərəfəsi və 1993-cü ilin ilk gününü də erməni işğalçılarını dinc qoymayıb, onlara təsirli zərbələr endiriblər.
Erməni işğalçıları hətta 1992-ci ilin son günündə və yeni 1993-cü ilə keçən gecə ərzində öz murdar əməllərindən əl çəkməyiblər.
Son günlər düşmənə sarsıdıcı zərbələr endirilmiş, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu təşəbbüsü öz əlində saxlayır, işğal edilmiş torpaqlarımızın erməni təcavüzkarlarından azad edilməsi əməliyyatlarını davam edir.
Bu gün Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində Respublikamızın Silahlı Qüvvələri ərazimizin erməni tör-töküntülərindən təmizlənməsindən ötrü zəruri tədbirlər görmüşlər.
Xəbər verilmişdi ki, dünən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən bölmələri erməni ordusunun təcavüzünə cavab olaraq düşmənin hərbi bazalarına və silahlı birləşmələrinə güclü zərbələr endirmişlər.
Dünən, dekabrın 29-u saat 17-də Ermənistanın İcevan və Azərbaycanın Qazax rayonlarının sərhədində yerləşən Balacəfərli kəndində bu regionda yerləşən Azərbaycan və Ermənistan Silahlı Qüvvələri bölmələrinin komandirlərinin görüşü keçirilmişdi.
Müharibə gedən bölgələrdən alınan xəbərlərə görə, ötən gecə və bu gün səhər bütün cəbhə boyu nisbi sakitlik olmuşdur.
Son günlər müharibənin getdiyi bölgələrin çoxunda nisbi sakitlik hökm sürür.
Son günlər müharibənin getdiyi bölgələrin çoxunda nisbi sakitlik hökm sürür.