Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı


AĞSTAFA. 22 mart. Köhnə Qışlaq kəndi saat 17:30-21:00 radələrində Ermənistan istiqamətindən avtomat və minaatanlardan atəşə tutulub.
25 mart. Saat 17:30-18:00 radələrində Köhnə Qışlaq kəndi Ermənistan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulub.

QAZAX. 22 mart. Fərəhli və Məzəm kəndləri saat 17:30-21:00 radələrində Ermənistan istiqamətindən avtomat və minaatanlardan atəşə tutulub.
23 mart. Saat 21:00-dan 22:00-dək Tatlı, Qızıl Hacılı, Məzəm və Kəmərli kəndləri Ermənistannın Paravakar və Noyemberyan məntəqələri tərəfdən PDM-dən, pulemyotlardan və avtomatlardan atəşə tutulub.
24 mart. Saat 17:55-dən 18:55-dək ermənilər İcevan tərəfdən Məzəm kəndini “Qrad” qurğularından və toplardan atəşə tutulub. Kənddə 2 ev dağılıb. Cavab atəşi açılıb.

TOVUZ. 24 mart. Saat 18:00-dan 18:40-dək Əlibəyli kəndi Çinari və Moseskex tərəfdən avtomat və pulemyotlardan atəşə tutulub. Cavab atəşi açılıb.
26 mart. Saat 14:30-dan 19:30-dək Əsrik, Düzcırdaxan, Əlibəyli və Yuxarı Əksüzlü məntəqələri atəşə tutulub. 6 nəfər yaralanıb. Bir neçə ev dağıdılıb.
27 mart. Saat 12:30-dan başlayaraq Əsrik, Ağbulaq, Hacalı, Əlibəyli, Muncuqlu kəndləri müxtəlif növ silahlardan atəşə tutulub. Əlibəyli kəndində 7 ev dağıdılıb. Atəş saat 20:00-dək davam edib. Saat 15:30-dan 20:15-dək Ağdam kəndi şərab zavodu istiqamətindən toplardan və tanklardan atəşə tutulub. Kənddə 2 ev dağılıb. Artilleriyamızın cavab atəşilə düşmənin 1 topu məhv edilib.

GƏDƏBƏY. 24 mart. Saat 20:10-dan 20:40-a kimi Aşırımdakı mövqelərimiz Hörükdaş istiqamətindən avtomat və pulemyotlardan atəşə tutulub.
25 mart. Saat 11:00-dan 13:00-dək müdafiə mövqelərimiz Hörükdaş istiqamətindən avtomat və pulemyotlardan atəşə tutulub.
26 mart. Saat 10:00-dan 19:30-dək Mutudərə, Qaravəllər, İsgəndər qalası və Aşırımda olan mövqelərimiz Ballı-Qaya, Hörükdaş, Şəmiri və Keçəldağ istiqamətlərindən atəşə tutulub.
27 mart. Saat 01:00-dan 02:00-dək atəş təkrar olunub. Saat 12:00-13:00 radələrində ermənilər Keçəldağ tərəfdən Mor-Mor və Arabaçı kəndlərindəki mövqelərimizi tanklardan və toplardan atəşə tutublar. Saat 16:00-dan 17:30-dək düşmən Aşırımda olan mövqelərimizin üzərinə hücuma keçmiş və Novoivanovka kəndində yerləşən mövqelərimizi atəşə tutub. Düşmənə cavab atəşi açılmış və onun hücumunun qarşısı alınmışdır.
28 mart. Saat 01:00-dan 02:00-dək Aşırımda yerləşən mövqelərimiz Hörükdaş istiqamətindən atəşə tutulub. 1 əsgərimiz yaralanıb.

KƏLBƏCƏR. 27 mart. Saat 06:00-dan ermənilər Bəngli tərəfdən Narıştara hücuma keçiblər. Çıraqlı kəndi ətrafında döyüşlər gedir. Çarektar kəndi istiqamətində xeyli canlı qüvvə və texnika cəmləşdirən düşmən bu kəndin üzərinə geniş hücuma keçib. Ermənilər Getavan tərəfdən Ağdabana hücum edirlər. İtkilər var. Saat 12:00-13:00 radələrində ermənilər Vardenis rayonu istiqamətindən hücuma keçərək Yuxarı Ayrım zastavasının yaxığınlığındakı Qaraqaya yüksəkliyini ələ keçiriblər. Dikyurdu zastavası yanında döyüşlər gedir. Seyidli zastavası atəşə tutulur. Döyüşlər zamanı Ağqaya, Mərcimək, Ağdaban, Təzəkənd, Ağcakənd və Narıştar kəndləri işğal olunub.
28 mart. Ötən gecə Ağqaya və Mərcimək geri alınıb. Yuxarı Ayrım yaxığınlığındakı düşmənin ələ keçirdiyi 2 yüksəklik uğrunda döyüşlər gedir.

LAÇIN. 27 mart. Xırmanlar kəndi istiqamətində düşmənin qüsvvələrinin cəmləşməsi müşahidə olunub.
28 mart. Ermənilər 3 istiqamət üzrə Tiqik I-dən Tiqik II-yə, Zertidən Bülüldüzə və Qorqundağdan Haqnəzərə hücuma keçiblər. Döyüşlər gedir.

QUBADLI. 26 mart. (Əyin və Tarovlu kəndləri atəşə tutulub. Cavab atəşi açılıb).

ZƏNGİLAN. 22 mart. Ermənilər Seyidlər, Göyəli və Canbar istiqamətindən artilleriyanın və piyadaların  köməyilə Otuzuncu Bürünlü və Şayıflı məntəqələrinə hücum etmək üçün cəhd göstərmişlər. Cavab tədbirləri ilə düşmən geri oturdulmuşdur. Biz tərəfdən 1 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
23 mart. Döyüşlər davam edir.
24 mart. Saat 07:00-da düşmən hücuma keçib. Nəcəflər, Şayıflı, Bürünlü, Şarikan xəttində döyüşlər davam edir. Biz tərəfdən 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.
25 mart. Düşmən artilleriya vasitəsilə müdafiə mövqelərimizi güclü atəşə tutub. 2 əsgərimiz yaralanıb. Saat 22:00-23:00 radələrində düşmənin Kolluqışlaq kəndinə olan hücum cəhdi dəf edilib.
27 mart. Kolluqışlaq kəndinin atəşə tutulması nəticəsində 1 döyüşçümüz yaralanıb.

CƏBRAYIL. 24 mart. Ermənilər Şişdağ istiqamətindən Qışlaq kəndini minaatanlardan atəşə tutublar. 1 döyüşçümüz yaralanıb.
26 mart. Saat 14:20-də Qışlaq postu, saat 20:41-də Hüsus və Mülküdərə postlarımız atəşə tutulub. Banazur məntəqəsi saat 19:00-20:00 radələrində tank atəşinə tutulub.

FÜZULİ. 24 mart. Ötən gecə ermənilər Buludxan və Xırmancıq istiqamətindən 3 tankın kömyi ilə Arış kəndindəki mövqelərimizə hücum ediblər. Eyni zamanda 1 tank Məlikcanlı tərəfdən bizim mövqelərimizi atəşinə tutub.  Bizim artilleriyanın cavab atəşindən sonra tanklar geri çəkiliblər. 1 əsgərimiz yaralanıb.
25 mart. Saat 00:27-dən 01:30-dək Füzuli şəhəri və Dövlətyarlı kəndi Ərgünəş, Düdükçü və Tuğ istiqamətlərindən tanklardan və toplardan atəşə tutulub. Bizim artilleriya cavab atəşi açıb. Saat 21:30-da düşmən Qaraçuq istiqamətindən müdafiə mövqelərimizi atəşə tutub.
26 mart. Saat 03:40-da rayon mərkəzinə Düdükçü istiqamətlərindən atılmış 2 tank mərmisi düşüb. Saat 13:00-da Qızıl-qayadakı mövqelərimiz PDM-dən atəşə tutub. Saat 16:45-dən 22:05-dək Divanalılar kəndi top atəşinə tutulub. Saat 22:05 Meçkalaşen ətrafında cəmləşən düşmənin texnikasını   və canlı qüvvəsini bizim artilleriya atəşə tutub.
27 mart. Edilli kəndi istiqamətlərində cəmləşən düşmənin canlı qüvvəsi artilleriyamız tərəfindən atəşə tutulub.
28 mart. Saat 00:30-dan 01:00-dək Arduşlu kəndi Hadrut istiqamətlərindən tank və toplardan atəşə tutulub. Cavab atəşi açılıb.

AĞDAM.

AĞDƏRƏ. 22 mart. 819.7 (Qlobus) yüksəkliyi uğrunda döyüşlər davam edir.
23 mart. Döyüşlər davam edir.
24 mart. Saat 9:30-da ermənilər Maqavuz istiqamətlərində mövqelərimizə hücum ediblər. Düşmənin hücumu dəf edilib. Ermənilərin 3 tankı və 1 PDM-i məhv edilib. . 819.7 (Qlobus) yüksəkliyi uğrunda döyüşlər davam edir.
25 mart. Düşmən bütün cəbhə boyu müdafiə mövqelərimizi güclü artilleriya atəşinə tutur.
26 mart. 819.7 (Qlobus) yüksəkliyi uğrunda döyüşlər uğursuzluqla nəticələnib. Bizim itkilər: 2 PDM, 1 tank, 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. 20 nəfər itkin düşüb.
27 mart. 819.7 (Qlobus) yüksəkliyi uğrunda döyüşlər davam edir.
28 mart. Ötən gecə Madagiz istiqamətlərində döyüş olub. Biz tərəfdən yaralanalar var. Saat 7:30-da ermənilər Məhrətağ istiqamətlərindən 793.0 yüksəkliyinə hücuma keçiblər. Düşmənin hücumu dəf edilib. 819.7 (Qlobus) yüksəkliyi uğrunda döyüşlər isə uğursuzluqla nəticələnib. Gün ərzində döyüşlər davam edib. Ermənilərin 2 tankı Minqrelskdə və 2 PDM-i Məhrətaqda məhv edilib. Tonaşendən Dostagir istiqamətinə ermənilərin hücumu dəf olunub. Qlobus yüksəkliyində cəmləşən hərbi texnikaya artilleriyamızın güclü zərbəsi endirilib.

XOCALI.

XOCAVƏND.

ŞUŞA.

XANKƏNDİ.

NAXÇIVAN MR. 28 mart. 18:30 radələrində Sədərək, Yayıcı və Cahazur məntəqələri müxtəlif növ silahlardan atəşə tutulub.