Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Mart 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 21-də cəbhə xəttində döyüşlər xeyli şiddətlənib. Ağdərə şəhərinin yaxınlığındakı yüksəkliklər uğrunda gərgin döyüşlər gedir. Düşmən Ağdamın Papravənd kəndi istiqamətində də öz hücumlarını davam etdirir. Döyüşçülərimiz ermənilərin həmlələrini dəf edirlər. Martın 21-də erməni ordusu dövlət sərhədini Şurnux kəndi istiqamətlərindən pozaraq Qubadlı rayonu ərazisindəki sərhəd mövqelərimizə hücum etmişdir. Dünən günün ikinci yarısında bu hücumun qarşısı alınmış və düşmən geri oturdulmuşdur. Düşmən Laçın rayonunun azad edilmiş torpaqlarını bir daha zəbt etmək məqsədilə  Brinci Tığik və Bülüldüz kəndləri yaxınlığındakı mövqelərimizə həmlə etmişdir. Ermənilərin bu hücumunun da qarşısı alınıb.
Martın 21-də Füzulinin Qacar, Zəngilanın Kollu-Qışlaq və Şayıflı, Cəbrayıl istiqamətlərindəki Sur və Quşçular kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulub.