Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər Kəlbəcər rayonu müharibənin ən qaynar nöqtəsinə çevrilib. Erməni silahlı birləşmələrinin iki istiqamətdən bu bölgəyə hücumu nəticəsində vəziyyət son dərəcə ağırlaşıb. Dünən axşam Ermənistanın Vardenis rayonu ərazisindən hücuma keçən düşmən sərhəd boyu yerləşən hakim yüksəklikləri ələ keçirmiş və buradan Kəlbəcər şəhərini və ətrafındakı  kəndləri atəşə tutublar. Hazırda rayonun Yuxarı-Ayrım kəndi yaxınlığında döyüşlər gedir.
Dünən axşam Füzuli şəhəri və həmin bölgədə yerləşən mövqelərimiz Edilli, Axullu, Düdükçü və Çartaz istiqamətlərindən toplardan atəşə tutulub. Aprelin 1-nə keçən gecə isə Füzulinin Dilaqərdə kəndi Peykanlı tərəfdən “Qrad” qurğularından və toplardan, Kəlbəcərin Mutudərə kəndindəki mövqelərimiz Ermənistan ərazisindən atəşə tutulub.