Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Mart 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ağdərə bölgəsində vəziyyət gərgin olaraq qalır. Dünən martın 20-də bütün gün ərzində Akop-Kəməri kəndi və Qalayçı yüksəkliyi istiqamətlərində döyüşlər davam edir. Bu gün düşmən zirehli texnikanın köməyi ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində hücuma keçməyə cəhd göstərib. Düşmənin hücumunun qarşısı alınıb.
Martın 20-də erməni silahlı birləşmələri Kuropatkin-Qaraçuq istiqamətlərindən Xocavənd rayonu ərazisində yerləşən mövqelərimizə hücum ediblər. Düşmənin bu hücumda istifadə etdiyi tanklardan biri məhv edildikdən sonra ermənilər geri çəkilməyə məcbur olmuşdur. Elə həmin gün erməni işğalçılarının Laçın rayonunun Birinci Tığik kəndinə hücumunun qarşısı döyüşçülərimiz tərəfindən alınıb.
Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Martın 20-də Füzuli rayonunun Qacar kəndi Qırmızı Bazar istiqamətindən, Ağstafa rayonunun Köhnə-Qışlaq kəndi, Tovuz rayonunun Hacıalı kəndi Ermənistan ərazisindən atəşə tutulub.
Cəbhənin digər hissələrində əməliyyat şəraiti dəyişməyib.