AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin mandatına uyğun olaraq, yanvarın 28-də ATƏT missiyasının səhra köməkçiləri polkovnik M.Xoxolaçek və podpolkovnik A.Xerdiçin şəxsində Ermənistan-Azərbaycan qoşunlarının “N” sahəsindəki təmas xəttində monitorinq keçiriləcəkdir.
Yanvarın 26-da “N” bölgəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi kollegiyasının geniş iclası keçirilib.
1998-ci il yanvarın 28-dən 30-dək NATO-nun Brüsseldəki qərargah-mənzilində Verifikasiya Əlaqələndirmə Komitəsinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin müddəalarının həyata keçirilməsi üzrə fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə həsr edilmiş seminar keçiriləcək.
1998-ci il yanvarın 26-dan 28-dək Vyana şəhərində (Avstriya) ATƏT üzvü olan ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə müdafiə siyasəti və hərbi doktrina məsələləri üzrə seminar keçirilir.
Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Amerika Birləşmiş Ştatları Qafqaz və Mərkəzi Asiya regionları üzrə Müdafiə Departamenti katibinin xüsusi müşaviri general Con Şiqanı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 3-dən 5-dək NATO üzvü və tərəfdaş olan dövlətlərin Müdafiə nazirləri sessiyasının işində iştirak etmişdir.
Noyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşesi Hərbi Hava Qüvvələri mayoru Erik Nelsonu Azərbaycanda öz missiyasını başa vurub getməsi ilə əlaqədar onun xahişi ilə qəbul etmişdir.
Noyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyev Fransa Respublikasının ölkəmizdəki səfiri Jan-Pyer Ginyutu qəbul etmişdir.
Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inspeksiya qrupu noyabrın 12-dən 15-dək İtaliya Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirəcək.
Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən “Kooperativ Demand-97” çoxmillətli komanda-qərargah təlimlərinin planlaşdırılması üzrə ikinci seminar noyabrın 5-də öz işini davam etdirmişdir.