Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 1997 00:01

Müdafiə Nazirliyinin məlumatı

Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən “Kooperativ Demand-97” çoxmillətli komanda-qərargah təlimlərinin planlaşdırılması üzrə ikinci seminar noyabrın 5-də öz işini davam etdirmişdir.
Noyabrın 6-da seminar iştirakçıları mədəni proqram çərçivəsində Şəhidlər Xiyabanını ziyarət etmiş, Şirvanşahlar sarayı, Dövlət xalça muzeyi və Atəşgah məbədində olmuşlar. Həmin gün H.Aslanov adına Mərkəzi zabitlər evində Birləşmiş musiqi və rəqs kollektivi qonaqlar qarşısında konsert proqramı ilə çıxış edib.
Noyabrın 6-da seminar öz işini başa çatdırmışdır.