Yanvarın 26-da “N” bölgəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi kollegiyasının geniş iclası keçirilib. Müdafiə naziri general-leytenant Səfər Əbiyev kollegiyada “1997-ci ilin yekunları üzrə Azərbaycan Silahlı Qüvvələrində döyüş hazırlığı və nizam-intizamın vəziyyəti haqqında” mövzusunda məruzə etmişdir. O, demişdir ki, hesabat ilində Azərbaycan Respublikası Silahlı Qüvvələri onun qarşısında qoyulmuş bütün tapşırıqları yerinə yetirmiş, hərbi birliklər, birləşmələr və hissələr yeni peşəkar ustalıq səviyyəsinə yüksəlmişlər.
Müdafiə naziri general-leytenant Səfər Əbiyev Silahlı Qüvvələrdəki bəzi çatışmazlıqları aşkarlamış, belə halların aradan qaldırılmasının konkret yollarını göstərmişdir. O, kollegiya iclasına yekun vuraraq 1998-ci il üçün Silahlı Qüvvələrin şəxsi heyəti qarşısında düşmənə müqavimət göstərmək və işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizəyə həmişə hazır olması istiqamətində yeni vəzifələr qoymuşdur.