Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 1997 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 3-dən 5-dək NATO üzvü və tərəfdaş olan dövlətlərin Müdafiə nazirləri sessiyasının işində iştirak etmişdir. Görüş Brüssel şəhərində NATO-nun qərargah-mənzilində keçirilmişdir.
Sessiyada NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əlaqələrin və əməkdaşlığın  dərinləşməsi, problemlərə baxılması və qərarların qəbul edilməsi, tərəfdaş dövlətlər üçün yeni vəzifələrin yaradılması, o cümlədən kütləvi qırğın silahlarının və onların daşınma vasitələrinin qadağan edilməsi üzrə məsələlər müzakirə edilmişdir.
Nümayəndə heyəti dekabrın 7-də Vətənə qayıtmışdır.