1998-ci il yanvarın 26-dan 28-dək Vyana şəhərində (Avstriya) ATƏT üzvü olan ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə müdafiə siyasəti və hərbi doktrina məsələləri üzrə seminar keçirilir.
Seminarın keçirilməsinin məqsədi üzv olan dövlətlərin hərbi doktrinalarının və milli təhlükəsizlik konsepsiyalarının təkamülü məsələlərində, onların Silahlı Qüvvələrinin dəyişən strukturlarının və fəaliyyətlərinin qarşılıqlı əlaqələrinin müzakirəsini gücləndirməkdən ibarətdir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti də iştirak edir.