Noyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşesi Hərbi Hava Qüvvələri mayoru Erik Nelsonu Azərbaycanda öz missiyasını başa vurub getməsi ilə əlaqədar onun xahişi ilə qəbul etmişdir.
Müdafiə naziri E.Nelsona ABŞ ilə Azərbaycan Respublikası arasında hərbi münasibətləri həyata keçirməsində göstərdiyi ardıcıl və səmərəli fəaliyyətə görə öz minnətdarlığını bildirmiş, yeni iş yerində ona böyük nailiyyətlər əldə etməyi arzulamışdır.
Cənab E.Nelson Azərbaycanda xidmət etdiyi illəri ömrünün ən mənalı dövrü hesab etdiyi, Azərbaycan xalqının qonaqpərvərləyini heç vaxt unutmayacağını qeyd etmişdir. O, xidməti vəzifələrinin yerinə yetirilməsində ona yaxından kömək göstərdiyinə görə Azərbaycan Respublikası Müdafiə nazirinə öz təşəkkürünü bildirmişdir.