AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 24-də saat 10:20-dən saat 10:35-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Ağdərə rayonunun şimalında yerləşən mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsinin cənubunda yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Sentyabrın 23-də saat 12:30-dan saat 12:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Murovdağın işğal olunmuş hissəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonu Gülüstan yaşayış məntəqəsi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Alman-Atlantik cəmiyyətinin vitse-prezidenti, NATO-nun mərkəzi Avropadakı müttəfiqlər Ordusunun sabiq komandanı, istefada olan general Hans Henninq fon Zandrartın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Sentyabrın 21-də saat 22:15-dən 22:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Aqarak yaşayış məntəqəsi ərazisində yerləşən Xaşlıdağ yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-nın Ordubad rayonu ərazisindəki əksmövqelərini pulemyotlardan və iriçaplı silahlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası və NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 19-dan 26-dək Lanta şəhərində (İtaliya) “Kommunikasiya və məlumat sistemləri” məsələləri üzrə kurslar; Sentyabrın 22-dən 23-dək Torun şəhərində (Polşa) “Topoqrafiya, kartoqrafiya və sistemləşdirmə” məsələləri üzrə seminar; Sentyabrın 22-dən 24-dək Brunsum şəhərində (Hollandiya) Mərkəzi regionun (AFCENT) tibb konfransı; Sentyabrın 22-dən oktyabrın 2-dək Varna şəhərində (Bolqarıstan) qərargah zabitlərinin “Siyasi təhlükəsizliyin təminatı və qorunması” mövzusunda 3-cü beynəlxalq kurslar keçiriləcəkdir.
Sentyabrın 18-də saat 14:20-dən saat 18:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyamberyan rayonunun Berdavan yaşayış məntəqəsində yerləşən mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki mövqelərini qumbaraatanlardan, avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Sentyabrın 22-dən 28-dək Özbəkistan və Qırğızıstan Respublikaları ərazisində “Sentrazbat -98” sülhməramlı təlimləri keçiriləcəkdir.
Sentyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu və ABŞ-ın Avropadakı Silahlı Qüvvələri Baş Komandanının siyasi müşaviri səfir Piter R.
Sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Ehtiyatda olan Zabitlər Dərnəyinin sədri general-leytenant Sidgi Aydınelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:Brüssel şəhərində (Belçika Krallığı) sentyabrın 14-dən 15-dək NATO-nun qərargah- mənzilində aviasiya avadanlığı ehtiyat hissələri standartı məsələləri üzrə işlək qrupun görüşü keçiriləcəkdir;Avropada Adi Silahlı Qüvvələr haqqında (ASQH) müqaviləyə uyğun olaraq, Oberomerqau (Almaniya Federativ Respublikası) şəhərində sentyabrın 14-dən 25-dək silahlar üzərində nəzarət, Kütləvi Qırğın Silahları (KQS) haqqında xəbərdarlıq və informasiyanın ötürülməsi sistemi, Brunsun şəhərində isə (Hollandiya) qərargah zabitləri üçün hərbi terminologiya üzrə NATO kursları keçiriləcəkdir.