Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-də Moskva şəhərində keçirilən MDB Müdafiə nazirləri Şurasının yekun iclasında iştirak etmişdir.
İclasa Rusiya Federasiyasının Müdafiə naziri Rusiya Federasiyası marşalı İqor Sergeyev sədrlik etmişdir.
1999-cu ildə MDB Müdafiə nazirləri Şurasının və onun işçi orqanlarının fəaliyyətinə yekun vurulan iclasda digər qərarlarla yanaşı 2000-ci ildə faşizm üzərində qələbənin 55 illiyi münasibətilə MDB Birləşmiş Silahlı Qüvvələri spartakiadasının keçirilməsi qərarı da qəbul edilmişdir. 2000-ci il üçün iş planı təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev müzakirələrdə iştirak etmiş və öz təkliflərini vermişdir.
MDB Müdafiə nazirləri Şuranın növbəti iclasını 2000-ci il martın 16-da Qazaxıstanda keçirmək qərarına gəlmişlər.
Nümayəndə heyəti dekabrın 22-də Bakıya qayıtmışdır.