NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 12-dən 14-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO üzvü və tərəfdaş dövlətlərin iştiraki ilə Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqaviləyə və 1994-cü il Vyana sənədinə əsasən illik informasiya mübadiləsinin elektron versiyası (VERİTİ sistemi) üzrə işgüzar görüş keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edir.