Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Yanvar 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin tapşırığı və Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin əmrilə Nazirliyin nümayəndə heyəti yanvarın 2-dən 4-dək Kosovonu Reabilitasiya Təşkilatı Qüvvələri Kosovo-Türk Taburunun Görəv Qüvvələri tərkibində sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının yerləşdiyi Draqaş şəhərində olmuşdur.
Nümayəndə heyəti Prezident Heydər Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrikini, Vətəndən gətirilmiş sovqatları, hədiyyələri, Azərbaycanın şair və yazıçılarının kitablarından ibarət ədəbiyyatı taqımın şəxsi heyətinə təqdim etmişdir. Taqımın xidməti, məişəti və güzaranı ilə tanış olmuşdur.
Azərbaycan taqımının bütün şəxsi heyəti sağlamdır və öz xidməti borcunu şərəflə yerinə yetirir.