AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yanvarın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əlirza Biqdelini, İran İslam Respublikası Silahlı Qüvvələrinin Bakıdakı sabiq hərbi attaşesi general-mayor Cəlal Mehriban Xoşgunu, yeni təyin edilmiş hərbi attaşesi general-mayor Musa Şəhabini və İran İslam Respublikası Müdafiə Nazirliyinin hərbi attaşelər şöbəsinin rəisi general-mayor Hüseyn Əli Əlanı qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasnda imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 17-dən 21-dək Balıkəsir şəhərində (Türkiyə) NATO üzvü və tərəfdaş dövlətlərin iştirakı ilə “Yerüstü texnika üçün yanacaq-sürtkü standartları” üzrə kurslar; yanvarın 19-dan 20-dək isə Brüssel şəhərində (Belçika Krallığı) Dəniz-taktiki işçi qrupunun görüşü keçiriləcəkdir.
Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu, ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin Milli Təhlükəsizlik Məsələləri üzrə yüksək səviyyəli peşəkar Qərargahın əməkdaşı cənab Marşall Billinqslini və onları müşayiət edən şəxsləri qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 12-dən 14-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO üzvü və tərəfdaş dövlətlərin iştiraki ilə Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqaviləyə və 1994-cü il Vyana sənədinə əsasən illik informasiya mübadiləsinin elektron versiyası (VERİTİ sistemi) üzrə işgüzar görüş keçirilir.
Yanvarın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rocer Toması, bu ökənin Azərbaycan Respublikası və Gürcüstanda akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Endryu Kerri qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin tapşırığı və Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin əmrilə Nazirliyin nümayəndə heyəti yanvarın 2-dən 4-dək Kosovonu Reabilitasiya Təşkilatı Qüvvələri Kosovo-Türk Taburunun Görəv Qüvvələri tərkibində sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının yerləşdiyi Draqaş şəhərində olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 23-dən 27-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Dekabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Bakı və Tehrandakı attaşesi briqada generalı Eftixar Xan Mehdini qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-də Moskva şəhərində keçirilən MDB Müdafiə nazirləri Şurasının yekun iclasında iştirak etmişdir.
Dekabrın 21-də Moskva şəhərində MDB Müdafiə Nazirləri Şurasının “1999-cu ildə Müdafiə Nazirləri Şurasının işçi orqanlarının işinin yekunları və 2000-ci il üçün iş planının tərtib edilməsi” mövzusunda növbəti iclası keçiriləcəkdir.