Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2001 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təbliği, təkmilləşməkdə olan ordumuzun nailiyyətlərinin daha obyektiv işıqlandırılması və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində apardığı əhəmiyyətli fəaliyyətinə görə aşağıda adları çəkilən Kütləvi İnformasiya Vasitələri əməkdaşlarını Fəxri Fərmanla və hədiyyələrlə təltif etmişdir.
l. Umudlu Ellada Şirin qızı (Azarbaycan Dövlət Teleradio Şirkəti “Hərbi Vətənpərvərlik Tərbiyəsi” redaksiyasının böyük redaktoru - “Səngər” verilişinin müəllifi və aparıcısı)
2. Əliyev İlqar Mikayıl oğlu (“ANS” Şirkətinin Xəbərlər Xidmətinin direktoru - “Marş” verilişinin müəllifi və aparıcısı)
3. Ağacanov Elçin Alı oğlu (“Ekspress” qəzetinin redaktoru)  
4. Ağayev İlham Əli oğlu (“Ekspress” qəzetinin əməkdaşı)
Mükafatlar aprelin 18-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Ramiz Məlikov tərəfindən təqdim edilmişdir.