ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 12-də Ermənistan-Azərbaycan cəbhəsinin Qazax rayonunun Cəfərli yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra yardımçıları polkovnik-leytenant Miroslav Vımetal, polkovnik-leytenant Zbiqnev Feç və F.Rosu iştirak edəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra yardımçıları polkovnik-leytenant Anton Xerdiç va polkovnik-leytenant Vladimir Tolkaç iştirak edəcəklər.