ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra yardımçıları polkovnik-leytenant Anton Xerdiç və polkovnik-leytenant Zbiqnev Feçem, həmçinin Azərbaycan Respublikası Xarici İşlər və Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra yardımçıları polkovnik-leytenant Vladimir Tolkaç və polkovnik-leytenant Miroslav Vımetal iştirak edəcəklər.