Aprelin 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 13:20-dən 13:40-dək Krasnoselk rayonunun ərazisindəki Sarıyal dağının cənubunda yerləşən yüksəkliklərdəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun ərazisindəki Qazılxanyal dağındakı və Başkənd aşırımındakı mövqelərini;
- saat 22:48-dən 23:00-dək isə Goranboy rayonunun işğal olunmuş Talış kəndinin 8 km. şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.