AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Sergey İvanovun dəvətilə sentyabrın 6-da Moskva şəhərinə səfərə yola düşmüşdür.
Sentyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Azəbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiz Məhəmməd Xosonu qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Sergey İvanovun dəvətilə MDB-nin beş ölkəsinin Hərbi Hava Qüvvələri ilə təmsil olunan “Döyüş Birliyi - 2001” təlimlərində iştirak etmək üçün avqustun 29-da Həştərxan şəhərinə yola düşmüşdür.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonu Cəfərli yaşayış məntəqəsi sahəsindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Avqustun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Ali Hərbi Məktəbinin buraxılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab H.Əliyevin və Müdafiə nazirinin adından təhsildə fərqlənən məzunlara və onların təlim-tərbiyəsində yüksək göstəricilər əldə edən zabitlərə elan edilmiş qiymətli hədiyyələri təqdim etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hüseyn Kıvrıkoğlu avqustun 25-i və 26-da Bakıda rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hüseyn Kıvrıkoğlu avqustun 25-i və 26-da Bakıda rəsmi səfərdə olacaqdır.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 7-də Ağdərə rayonu istiqamətində Borsunlu və Talış yaşayış məntəqələrini birləşdirən yolda, avqustun 8-də isə Murovdağın Ömər keçidində Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinın təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 24-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
İyul ayının 21-dən 22-dək Respublika İdman Sarayında sambo üzrə Azərbaycan Kubokunun final yarışları keçirilmişdir.