Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyul 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyul ayının 21-dən 22-dək Respublika İdman Sarayında sambo üzrə Azərbaycan Kubokunun final yarışları keçirilmişdir. Ölkə Kuboku uğrunda mübarizədə Mərkəzi Ordu İdman Klubunun samboçuları da iştirak etmişlər.
Gənclər arasında Azərbaycan Kubokunu 57 kq çəki dərəcəsində əsgər Cəlilov Anar Xanhəsən oğlu, 74 kq çəki dərəcəsində isə əsgər Şəfiyev Vüsal Akif oğlu qazanmışlar. Yeniyetmələr arasında isə əsgər Əliyev Samir Əli oğlu - 65 kq çəki dərəcəsində ölkə Kubokunun sahibi olmuşdur.
Qaliblərə diplomlar və xüsusi mükafatlar verilmişdir.