Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Ali Hərbi Məktəbinin buraxılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab H.Əliyevin və Müdafiə nazirinin adından təhsildə fərqlənən məzunlara və onların təlim-tərbiyəsində yüksək göstəricilər əldə edən zabitlərə elan edilmiş qiymətli hədiyyələri təqdim etmişdir.
General-polkovnik S.Əbiyev təqdimat zamanı demişdir: “Mən bu gün Prezident H.Əliyevin tapşırığını yerinə yetirərək onun adından mükafatları sizə təqdim edir və xidmətinizdə  uğurlar arzulayıram.
Unutmayın ki, bu hədiyyələr müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yeni tarixinin hədiyyələridir və onlar sizə adbaad xatirə yazısı ilə təqdim edilir. İnanıram ki, siz bu xatirələri ömrünüz boyu qəlbinizdə yaşadacaqsınız və bu, sizi xidmətdə yeni-yeni nailiyyətlər əldə  etməyə  ruhlandıracaqdır”.