ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 7-də Ağdərə rayonu istiqamətində Borsunlu və Talış yaşayış məntəqələrini birləşdirən yolda, avqustun 8-də isə Murovdağın Ömər keçidində Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinın təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik-leytenant A.Xerdiç, Z.Feç, F.Rosu və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qurupunun nümayəndəsi keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi A.Kaspşik və onun səhra köməkçiləri polkovnik-leytenant M.Vımetal, V.Tolkaç və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi keçirəcəklər.