Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2001 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Sergey İvanovun dəvətilə MDB-nin beş ölkəsinin Hərbi Hava Qüvvələri ilə təmsil olunan “Döyüş Birliyi - 2001” təlimlərində iştirak etmək üçün avqustun 29-da Həştərxan şəhərinə yola düşmüşdür.
Azərbaycan Respublikasının Müdafiə naziri tədbirdə müşahidəçi kimi iştirak edəcəkdir.
Həştərxan vilayətinin “Aşuluk” poliqonunda keçirilən təlimlər avqustun 30-da sona çatacaqdır.