Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Avqust 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hüseyn Kıvrıkoğlu avqustun 25-i və 26-da Bakıda  rəsmi səfərdə olacaqdır.
Səfər zamanı ordu generalı H.Kıvrıkoğlunun Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Müdafiə naziri general-polkovnik S.Əbivevlə görüşü gözlənilir.
Ordu generalı H.Kıvrıkoğlu Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (BABKM) yeni proqram üzrə təhsil almış məzunlarının birinci buraxılış mərasimində iştirak edəcəkdir.  
BABKM-dakı buraxılış münasibətilə Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin yüksək pilotaj nümunələri göstərən “Türk ulduzları” eskadriliyası avqustun 23, 24 və 25-də Bakı səmasında öz ustalıqlarını nümayiş etdirəcəklər.