AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası Birləşmiş Kəşfiyyat Xidmətinin baş direktoru general-leytenant Ehsan UI Haqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 10-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 7-dən 9-dək Sevastopol şəhərində (Ukrayna) Rabitə və İnformasiya sistemləri üzrə işçi görüşü, iyunun 7-dən 11-dək Oberammerqau şəhərində (Almaniya) “Qərargah zabitləri üçün tanışlıq” kursu, iyunun 7-dən 18-dək İzmir şəhərində (Türkiyə) Hava məkanına nəzarət və idarəetmə üzrə kurs və Oberammerqau şəhərində (Almaniya) “İctimai informasiya” üzrə kurs keçirilir.
İyunun 6-da saat 22:10-dan 22:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndinin 1.5 km.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə iyunun 1-də Qırğızıstan Respublikasının Müdafiə naziri general-polkovnik Esen Topoyev Bakıya rəsmi səfərə gəlmişdir.
Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Konqresinin Silahlı Qüvvələr Komitəsinin sədri Kurt Ueldonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Mayın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Yusifcanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puareni səfirlik missiyasını başa vurması ilə əlaqədər qəbul etmişdir.
Mayın 18-də saat 16:30-dan 16:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen kəndinin şimal-qərbindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi sahəsində yerləşən mövqelərini pulemyotlardan və avtomatlardan ara-sıra atəşə tutmuşlar.