Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puareni səfirlik missiyasını başa vurması ilə əlaqədər qəbul etmişdir.
Müdafiə naziri səfiri salamladıqdan sonra xanım Ş.Puare Fransa-Azərbaycan münasibətlərinin səviyyəsindən razı qaldığını bildirmişdir.
General-polkovnik S.Əbiyev onunla həmrəy olduğunu qeyd edərək Azərbaycan-Fransa müdafiə idarələri arasında əməkdaşlığın təşkil olunmasını arzulamışdır.
O, xanım Ş.Puareyə səfirlik missiyasını yerinə yetirdiyi müddət ərzində iki dövlət arasında bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirdiyinə görə öz təşəkkürünü bildirmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.