Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Yusifcanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Kennet Pikles keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Yurgen Şmidt və Miroslav Vımetal keçirəcəklər.