Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 6-da saat 22:10-dan 22:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndinin 1.5 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl Hacılı kəndi sahəsindəki mövqelərini;
- İyunun 7-də saat 01:15-dən 01:25-dək həmin mövqelərdən və Qazax rayonunun işğal olunmuş Xeyrimli kəndinin 1.3 km şimal-şərqində yerləşən mövqelərindən Qazax rayonunun Məzəm kəndini avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşi ilə düşmən susdurulmuşdur.
İtki yoxdur.