Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 20 Avqust 2004 00:01

Avqustun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Çin Xalq Respublikasının Müdafiə Nazirliyi yanında Xarici Əlaqələr Dəftərxanası rəisinin müavini general-mayor Tsan Li Xuanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 12 Avqust 2004 00:02

Avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycanda qısa müddətli səfərdə olan Müdafiə naziri cənab Donald Ramsfeldlə Heydər Əliyev adına Beynəlxalq Binə Hava Limanında görüşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 12 Avqust 2004 00:01

Avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristounu, Gürcüstan və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Kristofer Nanı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 9 Avqust 2004 00:01

Avqustun 9-da Müdafiə Nazirliyində Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Muhammad Əziz Xanın qarşılanma mərasimi olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 4 Avqust 2004 00:01

Avqustun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Şimal-şərqi Birləşmiş Qərargahının Komandan müavini general-mayor Henri Hans Mammeni qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 3 Avqust 2004 00:02

Avqustun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Bakı bürosunun rəhbəri cənab Maurisio Pavesini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 3 Avqust 2004 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 4-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Şuraabad kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 2 Avqust 2004 00:00

Avqustun 2-də saat 00:55-dən saat 01:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndinin cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 28 İyul 2004 00:01

İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanı general Robert Foqlesonqu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 28 İyul 2004 00:00

İyulun 27-də saat 23:30-dan saat 00:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Ayqepar kəndinin şərqində və cənub-şərqində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndini və Azərbaycan Silahlı Qüvvələrinin kənd sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.