Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 27-də saat 23:30-dan saat 00:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Ayqepar kəndinin şərqində və cənub-şərqində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndini və Azərbaycan Silahlı Qüvvələrinin kənd sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Həmin gecə saat 23:55-dən saat 00:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndinin 2.5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşi ilə düşmən susdurulmuşdur.
İtki yoxdur.